Kursk və Belqorod vilayətləri üzərində Ukraynaya məxsus üç pilotsuz təyyarə vurulub.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri (USQ) saat yarım ərzində - Moskva vaxtı ilə saat 9:00-dan 10:30-a kimi Rusiyanın regionlarına üç hücum həyata keçirib.

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində səmada iki, Kursk vilayətində isə bir pilotsuz uçan aparatı vurub.

Bundan əvvəl bildirilib ki, bazar ertəsi, fevralın 3-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri 70 pilotsuz uçan aparatdan istifadə edərək Rusiya ərazisinə hücuma cəhd edib. Onların əksəriyyəti Rostov vilayəti üzərində məhv edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN