“Azərbaycan Hava Yolları” (AZAL) uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Tezadlar.az xəbər verir ki, şirkətin açıqlamasına görə, bu gün də daxil olmaqla, son dövrlərdə Həştərxan üzərində hava məkanının vaxtaşırı bağlanması ilə əlaqədar “AZAL Hava Yolları uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır”.

Qeyd edək ki, 2024-cü il dekabrın sonunda AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra Azərbaycan bütün aviaşirkətlərin Rusiyanın 10 şəhərinə uçuşları dayandırıb. Məhdudiyyətlər “Mineralnıye Vodı”, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod, Vladiqafqaz, Qroznı və Mahaçqalaya reyslərə şamil edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN