Anar Rəhim oğlu Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2025-ci il
TEZADLAR.AZ xəbər verir ki, Anar Əliyev hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.