Fevralın 12-də Qobustan rayonunun Sündü kənd Ş.Şikarov adına tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amil Vəzirli, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyəti, dini ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməsi olduqca vacibdir.

Tədbir müzakirələrlə davam etdirilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN