Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən xəbərə görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Eyni zamanda nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumi çəkisi 4,771 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN