Donetsk Xalq Respublikasında məhkəmə Gürcüstandan olan muzdlu əsgər Gele Xozrevanidzeni Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etdiyinə görə qiyabi olaraq 13,5 il müddətinə azadlıqdan məhrum edib.
Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya İstintaq Komitəsi məlumat verib.
Gürcüstan vətəndaşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsi (“Muzdluların silahlı münaqişədə iştirakı”) ilə qiyabi olaraq təqsirli bilinib. O, beynəlxalq axtarışdadır.
Məhkəmə müəyyən edib ki, 2022-ci ildə Xozrevanidze Ukraynaya gələrək silahlı qruplaşmaya qoşulub. O, təlim bazalarında hərbi təlim keçib, burada silah, xüsusi texnika və sursatla təmin olunub. Bundan sonra muzdlu DXR, LPR təhlükəsizlik qüvvələrinə və Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə qarşı hərbi əməliyyatlarda iştirak edib.
E.ŞİRİNOV