Xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.