Avropa Parlamentində fevralın 13-də Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti kimi tanıyan qətnamə layihəsi səsə qoyulacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib. Bildirilib ki, 5 siyasi qrupdan olan deputatların təqdim etdiyi “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsinə dair” qətnamə layihəsində Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir. Sənəddə həmçinin Avopra İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir.
Xatırladırıq ki, qətnamədə Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN