Almaniya, Fransa, Polşa, Böyük Britaniya, İspaniya, İtaliya, Aİ-nin xarici siyasət xidməti və Avropa Komissiyası birgə bəyanat yayıb.

 Bəyanatda Kiyevə dəstəyi davam etdirməyə hazır olduğunu vurğulayır.

 ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı xəbərindən sonra yayılan mətndə deyilir: “Ukrayna və Avropa müharibəyə son qoymaq üçün istənilən danışıqların bir hissəsi olmalıdır”.

 Sənəddə həmçinin deyilir: “Ukraynada ədalətli və davamlı sülh etibarlı transatlantik təhlükəsizliyin zəruri şərtidir”.

 Avropalı diplomatlar əlavə edib ki, gələcək fəaliyyətlə bağlı “Amerika müttəfiqləri ilə” danışıqları sevinclə gözləyirlər. Bəyanat müəllifləri hesab edirlər ki, ümumi məqsəd “Ukraynanı güclü mövqeyə gətirmək” olmalıdır. Avropa ölkələri də Ukraynaya dəstəyi gücləndirməyə hazır olduqlarını bildirir və bu ölkəyə təhlükəsizlik təminatlarının verilməsini zəruri hesab edirlər. 

"Biz ədalətli, hərtərəfli və davamlı sülh əldə olunana qədər Ukraynanı dəstəkləmək məqsədini bölüşürük"- sənəddə deyilir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN