“Gedəndə də abırla getmək lazımdır...”

***

TEZADLAR.AZ xəbər verir ki, Multimedia Mərkəzinin rəhbəri,  Azərbaycan İnternet Forumunun Prezidenti, RİNN yanında İctimai Şuranın üzvü Osman Gündüz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) bəzi şəxslərin vəzifədən azad edilməsinə münasibət bildirib.

O, sosial media səhifəsində baş verənlərlə bağlı fikirlərini bölüşüb:

“Görünən odur ki, İRİA-da “təmizləmə” başlanıb. Vəzifəsindən azad olunanlar var. Əlbəttə, rəhbərlik dəyişiləndən sonra bu tip addımlar qaçılmaz olur. Yeni rəhbərlik yeni də tələblər deməkdir. Amma nəzərə almaq lazımdır ki, bizim sektorda peşəkar kadrlar uzun müddətə, çətinliklə formalaşır. Odur ki, əməkdaşlara yanaşma da ilk növbədə peşəkarlıqla, işinin öhdəsindən gələ bilmək bacarığı ilə ölçülməlidir. İRİA-da sektoru dərindən bilən, peşəkar kadrlar da var.


Şəhərin “podvallarında” bəzi İRİA əməkdaşlarının maraqları çərçivəsində yaradılan bir nəfərlik kurslar, ölüsü-dirisi bilinməyənlər Tecnest layihəsinə cəlb edilməmişdimi?.. 


Amma İRİA-da vəzifəsindən azad olunanlarla bağlı diqqət cələb edən bir məqamla da rastlaşdım və çox təəccübləndim: baxıram ki, İRİA-da vəzifəsindən azad olunanların bəziləri elə açıqlamalar verirlər ki, sanki orada dağı dağ üstə qoyublarmış.

Sanki rəqəmsal transformasiyada, innovasiya və startap ekosistemdə nəhəng işlər görülübmüş, yeni gələn rəhbərlik isə sadəcə onlarla işləmək istəməyib... Elə də uzağa getməyə ehtiyac yoxdur. Cəmi bir neçə ay öncə RİNN (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi -red) İRİA-da “Podval əməliyyatı” keçirməmişdimi?

Şəhərin “podvallarında” bəzi İRİA əməkdaşlarının maraqları çərçivəsində yaradılan bir nəfərlik kurslar, ölüsü-dirisi bilinməyənlər Tecnest layihəsinə cəlb edilməmişdimi? Əgər belə şeylər olmayıbsa, onda nazirlik nə üçün orada yoxlamalar aparıb, bir xeyli adamları da vəzifəsindən kənarlaşdırdı? Sadəcə, güman ki, Nazirlik abırına qısılıb bu haqda açıqlamalar vermədi.


Vəzifəsindən azad olunanlar elə şeylər yazırlar ki sanki burada gül gülü, bülbül də bülbülü çağırırmış...


Ötən il Azərbaycan Qlobal İnnovasiya İndeksində son 30 ildə ən pis göstəricini əldə edib, öz potensial imkanlarına uyğun olmayan yerə, adı məlum olmayan ölkələrlə bir sırada yer alıb. Startap ekosistemdə vəziyyət acınacaqlıdır, dəstək mexanizmləri inkubasiyadan, bəsit müzakirələrdən o tərəfə keçə bilməyib. Dövlətin yaratdığı Fond 3 ildə cəmi 3-4 yerli startapa dəstək verə bilib. Bu qədər müddətdə Texno Parkda Ekspert Şurası formalaşmadı, İKT güşəztlərdən effektiv istifadə ilə bağlı problemlər vardı və s.

İndi baxıram vəzifəsindən azad olunanlar elə şeylər yazırlar ki sanki burada gül gülü, bülbül də bülbülü çağırırmış. Sanki nazirlik sıradan bir dəyişiklik edibmiş, yeni sədr də sadəcə bunları bəyənməyib...


"Vəzifədəın gedəndən sonra minnət qoymaq da dövlət məmuru üçün etik deyil, gedəndə də abırla getmək lazımdır!”


Belə olmaz, cənablar!

Hər şey göz önündədir, sektorda ötən illərdə müəyyən işlər görülsə də, xüsusən də rəqəmsal sektorda bir sıra uğurlu addımlar və irəliləyişlər olsa da, ciddi problemlər vardı. Real vəziyyət potensial imkanlardan çox uzaqdır. Dəfələrlə bu haqda deyilib, müzakirələrdə açıqlanıb bunlar.

Sektordakı bu qədər problemlərin qarşılığında vəzifədən azad olunanlar, reallığa uyğun olmayan açıqlamalar əvəzinə, heç olmasa dövlət məmuru üçün etik davranışı gözləyərək yaza bilərdi ki, müəyyən işlər görülüb, çətinliklər və problemlər də olub.

Heç bir vəzifə daimi deyil, vəzifədəın gedəndən sonra minnət qoymaq da dövlət məmuru üçün etik deyil, gedəndə də abırla getmək lazımdır”, - deyə Osman Gündüz bildirib.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN