Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp telefon danışığı aparıblar.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı məlumat verib.
"Prezident Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı yeni başa çatıb. Danışıq olduqca uzun sürdü və təxminən bir saat yarım davam etdi", – Peskov bildirib.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq, ikitərəfli münasibətlər və digər məsələləri müzakirə ediblər.
Ətraflı
"Rusiya prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib", – Peskov əlavə edib.
Həmçinin liderlər Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi məsələlərini müzakirə ediblər. "ABŞ prezidenti əmin edib ki, Vaşinqton əldə olunmuş bütün razılaşmalara əməl edəcək", – deyə Peskov vurğulayıb.
Tramp isə danışıq barədə sosial şəbəkədə yazıb: "Rusiya prezidenti Vladimir Putinlə uzun və çox məhsuldar telefon danışığımız oldu. Biz Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik".
Qeyd edək ki, Tramp son həftələrdə Putinlə danışıq aparmaq niyyətini dəfələrlə bəyan edib. ABŞ lideri Ukraynadakı münaqişəyə xüsusi diqqət yetirib və onun həllinə töhfə vermək istədiyini bildirib.