Dünən fevralın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı verilmiş şikayəti təmin etməyib, bu barədə onun vəkili Nemət Kərimli bildirib. Müdaifə tərəfi bu qərarı əsassız hesab edir, belə ki, Meydan TV-nin işi üzrə həbs edilmiş Deko barəsində istintaq hərəkətləri aparılmır. Jurnalist valyuta qaçaqmalçılığı iddiasını rədd edir. İstintaq orqanının nümayəndələrindən şərh almaq mümkün olmayıb.
"Təzadlar"dan xatırlatma: 2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları: Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümidova, Natiq Cavadlı və sərbəst jurnalist Ramin Deko (Cəbrayılzadə), eyni zamanda media eksperti Ülvi Tahirov valyuta qaçaqmalçılığı və digər iqtisadi cinayətlərdə ittiham olunaraq saxlanılıblar. Dekabrın 8-də məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.