Türkiyə istehsalı olan pilotsuz uçuş aparatı Ukrayna "vətəndaşlığına" qəbul edilib...
Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə mətbuatının hərbçilərin Donbasda ilk dəfə Türkiyənin “Bayraktar” hücum pilotsuz təyyarəsindən istifadə etməsi ilə bağlı xəbəri təsdiqləyib. Bu barədə qərargahın mətbuat mərkəzi “Facebook” yazıb. “Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general-leytenant Valeri Zalujnının əmri ilə Birləşmiş Qüvvələr əməliyyatı aparılan ərazidə “Bayraktar” pilotsuz təyyarəsi kəşfiyyat - zərbə döyüş əməliyyatını həyata keçirib”, deyə məlumatda bildirilib.
"Ukrainskaya pravda" da bu barədə məlumat paylaşıb. Bu artıq o deməkdir ki, ötən ilin 44 günlük savaşında erməniləri Qarabağdan iti qovan kimi qovan pilotsuz uçuş aparatları bundan sonra dünyanın bir daha diqqət mərkəzində olacaq...
A.Məmmədli