…Gəncədə özünə qəsd edən şəhid anası ilə bağlı sosial şəbəkələrdə xoş olmayan görüntülər paylaşılır. Oğlunun bəxti gətirməsə də, özünün bəxti gətirib,intihar baş tutmayıb, sağ qalıb. Bəs buna səbəb nədir? Olduqca xoşagəlməz haldır.

Məlum olur ki, onu bu həddə çatdıran səbəb imkansızlığı, kirayə haqqını ödəyə bilməməsidir. Üstəlik də, Gəncə Şəhər İcra Hakimiyyətinin bu xanıma diqqətsizliyi belə bir durumu ortaya çıxarıb. Tanınmış QHT rəhbəri və jurnalist Azər Həsrətin bu barədə statusu diqqəti çəkir: «…Əlbəttə, araşdırmadan nəyin nə – kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Sadəcə, bir məsələdə bir balaca beynimiz qarışır. Məsələ ondadır ki, şəhid ailələrinə dövlət 11 min manat pul ödəyib. Bundan əlavə, Heydər Əliyev Fondu da daha 10 min manat ödəyib. Əlavə olaraq da şəhid ailələri ayda 500 manat təqaüd alır. Yəni,  belə bir durum varkən bir şəhid ailəsinin diqqətdən və qayğıdan kənarda qaldığını iddia etmək nəsə ağla batmır axı. Əlbəttə, istənilən məbləğdə pul şəhidin bir damla qanına belə dəymir, bunu anlayırıq. Lakin Vətən uğrunda şəhid olmuş dəyərli Vətən oğullarının ailələrinə axı dövlət qeyd etdiyimiz məbləğdə yardım edir. Belə olan halda bir şəhid ailəsinin çox acınacaqlı duruma düşə biləcəyi real görünmür. Bir daha qeyd edirəm, məqsədim intihara cəhd etmiş dəyərli şəhid ailəsi üzvünə şübhəylə yanaşmaq deyil. Əsas məqsədim bu olayın əsas mahiyyətinin aydınlaşdırılmasına nail olmaqdır…».

Bəli, Azərbaycanda şəhid ailələrinə həmişə diqqət və qayğı yüksək səviyyədə olub. Amma ola bilər bu xanıma sadəcə, mənəvi dayaq olan, dərdinə həmdəm olan yoxdur. Bax bu məsələdə Gəncə İcra Hakimiyyətinin rəhbərliyini qınamağa dəyər. Axı belə şəhid ailələrinin sayı Gəncədə minlərlə yox, onlarladır… Lütfən, şəhid ailələrinə diqqətli olaq!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN