...Saakaşvili dünən tibbi yardımlardan da imtina edib, səhhəti kritik durumdadır.
Bu səbəbdən Zuqdidi şəhərində "Vahid Milli Hərəkat" tərəfindən təşkil edilmiş aksiya keçirilib. Gürcüstan KİV-ləri məlumat verir ki, aksiyada Zuqdidi merliyinə namizəd Anzor Melia, Poti merliyinə namizəd Qiqi Uqulava, Senaki merliyinə namizəd Koba Nağopia və digərləri iştirak ediblər. Aksiyada çıxış edən Nika Melianın atası Anzor Melia, vətəndaşları 30 oktyabr tarixində seçkilərə çağırıb: "30 oktyabrda bunlardan (hakimiyyətdən) qorxmayaraq seçkiyə gəlin və səs verin. Mənim komandam sizlərin səsini son damla qanımızadək qoruyacaq. Gürcüstanı qələbə çalmış və parlaq görmək istəyirəm. Mən sizin dostunuz kimi bir mer olacam", - deyə Zuqdidi merliyinə namizəd Anzor Melia bildirib. Aksiyada həmçinin Qiqi Uqulava da çıxış edib. O, bildirib ki, mübarizəni Saakaşvilinin azad edilməsi və ölkədə siyasi məhbusların olmaması üçün davam etdirəcəklər: "Hakimiyyət müəllimləri, həkimləri, sadə dövlət qulluqçularını buradan 400 km uzaqlığa sadəcə əl çaldırmaq üçün aparırsa, bizim məqsədimiz bu xalqı onlardan qurtarmaq olmalıdır. Çünki bu mübarizə azadlıq üçündür, bu mübarizə Mixeil Saakaşvilinin azadlığı üçündür, ölkədə heç vaxt siyasi məhbusların olmaması üçündür. Bu gün vətəndaşlar hakimiyyətdən qorxurlar və biz bu tendensiyanı birdəfəlik olaraq bitirməliyik", - deyə Uqulava çıxışında bildirib.
Bu arada Gürcüstan hakimiyyəti də dünən mitinq keçirib Mitinqdə çıxış edən baş nazir Qaribaşvili deyib: "Tarix çox yaxşı müəllimdir və biz hardan gəldiyimizi, hansı yolu tutduğumuzu xatırlamalı və keçmişin səhvlərini, düzəlməz səhvləri təkrarlamamalıyıq - vətəndaş müharibəsi, ərazilərin itirilməsi, ölkədə cinayətkar dəstələrin basqınları, diktator Saakaşvilinin hakimiyyətini yaxşı xatırlayırıq. Biz zülmkar və zorakı rejimin əsas yaradıcılarını, həbsxana qəssablarını, işgəncə verənləri və qatilləri həbs edərək ədaləti mərhələ-mərhələ bərpa etdik".
A.Məmmədli