...Bu gün Neftçalanın rüşvət alarkən kabinetində DTX əməkdaşları tərəfindən yaxalanmış başçısı İsmayıl Vəliyevin məhkəməsi keçirilib... ...İsmayıl Vəliyevin həbsindən təxminən 1 ay əvvəl bir iş adamı ondan şikayətə gəlmişdi. Bu o vaxt idi ki, Prezident sərəncamı ilə ona orden verilmişdi... Zəng edib sahibkarın şikayətini ona çatdırdıq. O, həmin sahibkarla vaxtilə olduqca yaxın dost olmuşdu, amma köpək oğlu pul bu dostluğu pozmuşdu... Qısası, ona dedik ki, bu dəfə ondan 70 min istəmisiniz, bu da sizin səs yazınız... Dedi, "Təzadlar"a hörmətim var, amma əgər bu şikayəti dərc etsəniz, sizi məhkəməyə verəcəyəm... Şikayəti dərc etdik... Az keçmiş DTX onu həbs etdi. Biz əslində, ona mesaj vermişdik ki, bəsdir!!!b
***
...Bu gün onun məhkəməssi oldu... Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror-dövlət ittihamçısı çıxış etdi və Neftçalanın sabiq başçısı İ.Vəliyevin 11 il, birinci müavini V.Əkbərovun 10 il, icra başçısının digər müavini Gültəkin Sadıqovanın, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyevin, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun 9 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istədi...
Proses növbəti həftə davam edəcək... Amma hakimin qırımından görünür ki... Ki...
Nə isə, niyə tutur, sonra yüngülləşdirici cəza verirsiniz??? Axı bunlar qalan rüşvətxorlara və cəmiyyətə pis mesajdır!
A.Məmmədli