Xəbər verildiyi kimi, Azərbaycanın Baş Prokurorluğu İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı rəsmi məlumat yaydı.

 Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumatda deyilirdi: "KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olan sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir".  Həmin yaramazın adı isə Qurban Fərəcovdur. Sosial şəbəkə istifadəçiləri bu yaramaz barədə hansı cəzanın verilməsini müzakirə edirlər. Kimi edam, kimi ermənilərin minalanmış ərazilərində gəzdirmək, kimi də ömürlük cəza istəyir... Bütün hallarda, bu məxluqun ehtiraslarını cilovlaya bilməyib 11 yaşlı qızın üzərində sınaqdan keçirməsinin adı yoxdur. Allahın və həbsə salındığı yerdə ona veriləcək cəzanın həddi bəllidir... "Təzadlar"ın elektron poçtuna göndərilmiş və sosial şəbəkə istifadəçisi olan Rövşən Rəsulova məxsus status diqqəti çəkir: "Bu məxluqun cəzasını Allah da, qanunlarımız da verəcək. Hətta həbsxanada ona qarşı hansı yazılmamış qanunların tətbiq ediləcəyinə də şübhə etmirik. İstəsək bunu haqq edilən cəza, istəsək qisas, istəsək də karma adlandıra bilərik. Amma 100% əminik ki, bu olacaq və olsun da! Amma...  Biz artıq bu kimi bənzər və iyrənc hadisələrin get-gedə çoxalmasının qarşısını almaq üçün SOS siqnalını vurmalıyıq. Fakt budur ki, cəmiyyət kəskin deqradasiyaya uğrayır, əsrlərdən bəri formalaşmış mükəmməl ailə institutumuz artıq məhvinin son stadiyasını yaşayır. Bu gün şəhərdə, küçələrdə, müxtəlif çevrələrdə gözlərimizin önündə baş verən çoxsaylı faktlar var ki, onların hər biri potensial təhlükələrin cücərtiləridirlər və qarşısı alınmazsa, bizim də qapımız döyüləcək.

Çünki qrup halında, yaxud təkbaşına pozulmağa doğru sürətlə axın edən cəmiyyət qarşısında dayanmaq heç cür mümkün deyil, inanın! Bəli, hər-hansı qanunlar qəbul oluna bilər, hətta həmin qanunlar sərtliyi ilə seçilər, lakin haqqında bəhs etdiyimiz təcavüzkar məxluq və onun kimilərinin gözləri əsla bu qanunları görməyəcək. Belələri öz heyvani hisslərini tətbiq etməkdən ötrü bütün murdarlıqları törətməyə hazırdırlar. Bəs nə etməliyik? Əlbəttə ki, zamanında müdaxilə və ifşa! Necə..? 11 yaşlı qızcığazın əmisi videomüsahibəsində deyir ki, bu ailədə heç bir mənəvi dəyərlər olmayıb, anası pozğun həyat yaşayıb və s. Yaxşı, əgər bunu bilirdinsə, görürdünsə niyə zamanında müvafiq strukturlara müraciət etmirdin ki, sonunda bu hadisə yaşanmasın?!

 Yaxud, bu iyrənc məxluqun hansısa yaxını həyasızcasına deyir ki, hər şeyini satıb onu qurtaracaq! Görürsünüzmü, həm suçlu, həm güclü prinsipindən istifadə edib cəmiyyətə, qanunlara meydan oxuyurlar və bu iddianı edən şəxs də dərhal saxlanılmalıdır, ittiham olunmalıdır! Belə çıxır ki, təcavüzçü yaxşı edib bu murdar əməlini törədib və inanın ki, bənzər düşünənlər də kifayət qədərdir cəmiyyətimizdə. Belələri görünməyən düşmənlərimizdirlər və ən qorxulusu da məhz budur! Biz bunların qarşısını almalıyıq və mütləq almalıyıq ki, Allah qorusun, sabah-birigün tanış-bilişlərimizin, eləcə də özümüzün qarşısına bənzər olaylar çıxmasın, başımıza-dizimizə döyməyək. Diqqətli olmalıyıq, çox diqqətli və hətta həddindən artıq diqqətli!".

Bəli, yanğının qarşısını almaq asandır, nəinki onu söndürmək! Vaxtında tədbir görülməlidir ki, belə iyrənc hadisələr də baş verməsin...

A.Məmmədli

P.S.Ən təhlükəli hallardan biri də Qurban Fərəcovun yaxınlarından birinin "Hər şeyimizi satıb onu həbsdən qurtaracayıq!" deməsidir. Bu, ölkənin hüquq mühafizə sisteminin, məhkəmə sistemimizin nə gündə olduğuna bir işarədir! Bu, həmin qurumlara etimadsızlığı ifadə edən mövqedir! Amma inanaq ki, belə deyil və nə gündə olsa belə, ən azı məhkəmə hakimləri özlərini zərərçəkənin yerində hiss edib ən sərt qərar qəbul edəcəklər!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN