Xəbər verildiyi kimi, deputat Qüdrət Həsənquliyevin Rauf Arifoğlunun "Dərin təhlil" siyasi debatında "Lazım gələrsə, Mehrini Xankəndinə dəyişə bilərik" kimi təkliflər səsləndirməsi

ciddi ictimai müzakirələrə səbəb olub. Hətta Xalq şairi Vahid Əziz Prezidentə və Spikerə ünvanlı sərt müraciətini "Təzadlar"a göndərib, şəxsən mənimlə əlaqə saxlayaraq dərcini israrla xahiş etdi... Lakin müraciətə səbəb olmuş ifadələrin harada səsləndirilməsinə və həqiqətənmi deputat Q.Həsənquliyev tərəfindən deyilib-deyilməməsinə aydınlıq gətirilməsi lazım idi... Əməkdaşlarımız Qüdrət bəyə zəng vurdu, telefonu bağlıdır... Onun partiyada müavini, dəyərli qardaşımız-dostumuz Elçin Mirzəbəyli ilə əlaqə saxlanıldı, o isə inkar etdi, dedi, belə bir söz olsaydı, mən bilərdim, məndə bu barədə məlumat olmadığından heç nə deyə bilmərəm...

 

Bəs Qüdrət Həsənquliyev belə bir qalmaqallı ifadə işlədibmi? Məcbur olub mənbə axtarışı mənasında özümün fb səhifəmdə paylaşım etdim... Artıq yetərincə ciddi müzakirələr aparılır və vacib statuslar var...

Bizi izləyin, az sonra geniş yazı təqdim ediləcək...

Asif Mərzili

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN