...Gürcüstanda siyasi gərginlik artmaqdadır... Belə ki, dünən keçirilən bələdiyyə seçkilərindən sonra vəziyyət bir az da kəskin xarakter alıb.
Bu arada isə Eks-Prezident Mixeil Saakaşvili müxalifət millət vəkillərini parlamenti tərk etməyə səslədi. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildiri ki, bu barədə onun məktubunda qeyd olunub. Sakaşvilinin müraciətinə görə, parlament artıq hökumət platforması funksiyasını itirib: "Heç bir həbsxana qapısı xalqın qəzəbinə tab gətirə bilməz. Eyni zamanda başa düşməliyik ki, parlament artıq hökumət platforması funksiyasını itirib. Orada heç bir qərar verilə bilməz və verilməyəcək. Ölkənin müsbət cəhətdən dəyişməsi və islahatlar barədə banditlərlə söhbət etmək sadəcə vaxt itkisi olacaq. Onlar bu vaxt itkisindən istifadə edərək ölkədəki etirazları ləngitmək istəyəcəklər. Ona görə də mənim xahişim ölkənin vətənpərvərlərinə və parlamentdəki ədalətli insanlara olacaq - cənab Xazaradzeni təqlid edərək parlamenti tərk etmək və Gürcü Arzusunu tək buraxmaq lazımdır”,-deyə məktubda qeyd olunub.
Müxalifətin isə yaxın günlərdə sərt aksiyalara əl atacağı barədə məlumatlar var...
A.Məmmədli