“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqı dağıldıqdan sonra meydana çıxdı və demək olar 30 il davam etdi.

Bu illər ərzində Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal altında saxladı, bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin saldı. Minlərlə insan həyatını itirdi. Birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı itkin düşdü. Onların taleyi hələ də bəlli deyil”.

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətdə əksini tapıb.

Türkiyə Prezidenti müraciətində bildirib ki, Azərbaycan 44 günlük müharibədə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini özü icra edib.

“Azərbaycan bu illər ərzində səbirlə gözlədi, lakin sonra başa düşdü ki, heç bir nəticə yoxdur və həll olunmamış məsələnin taleyini öz üzərinə götürməli oldu. 44 günlük müharibə zəfərlə sona çatdı və münaqişəyə son qoyuldu. Bir neçə gündən sonra qələbənin birinci ildönümü qeyd olunacaq. Allah şəhidlərə rəhmət eləsin! Nəhayət ədalətsizlik aradan qaldırıldı. İndi biz gələcəyə baxmalıyıq”, - Türkiyə dövlət başçısı müraciətində qeyd edib. 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN