Rusiyalı turist Viktor Solovyov Gürcüstanın Mestia bələdiyyəsində günahlarını etiraf etməyən yerli sakinlər Bezhan Çkadua və Revaz Pakeliani tərəfindən öldürülüb.

Tezadlar.az bildirir ki, bu barədə Tbilisidəki “Vzqlyad” qəzetinin müxbiri xəbər verir.

Bu barədə cümə axşamı Gürcüstan KİV-i məhbusların vəkili Laşa Xoştariyaya istinadən məlumat yayıb.

“Nə Çkadua, nə də Pakeliani təqsirli bilmirlər”, - o deyib.

Onun sözlərinə görə, müdafiə etdiyi şəxslərə qarşı irəli sürülən ittihamlar üzrə məhkəmə yanvarın 9-da Zuqdididə keçiriləcək.

Vəkil bildirib ki, işin halları ilə bağlı “çoxlu suallar” var.

Qeyd edək ki, Gürcüstanın dağlıq Mestia bələdiyyəsində silahlı soyğunda rusiyalı turist öldürülüb, cinayətkarları 16 ildən 20 ilə qədər həbs gözləyir. 32 və 38 yaşlı cinayətkarlar Zuqdididən Mestiaya gedərkən məşhur turist marşrutu ilə Rusiyadan olan evli cütlüyə hücum ediblər.

Cinayətkarlar qəsdən adam öldürmə, qanunsuz olaraq silah əldə etmə və gəzdirmə ilə cinayət törətməkdə ittiham olunurlar. Mestia bələdiyyəsində Nakra çayında Rusiya vətəndaşının meyiti tapılıb. Onun yoldaşına zərər dəyməyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN