Dəfələrlə deyilməsinə baxmayaraq hərbi məxfilik prinsipini pozanlar az deyil...
Məsələn, bəzi hallarda yeri gəldi-gəlmədi cəbhə xəttindən, döyüş bölgəsindən fotolar paylaşılır ki, bu da düşmənə koordinatları verməyə bərabər əməldir... "Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub". Elə bu səbəbdən də müdafiə naziri Zakir Həsənov keçirdiyi xidməti müşavirədə belə deyib. Nazir bildirib ki, Azərbaycan Ordusunun komandanlığı tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məxfilik rejimini kobud şəkildə pozaraq bu kimi paylaşımları edən bir qrup hərbi qulluqçu müəyyən edilib: "Həmin hərbi qulluqçuların ordu sıralarından tərxis edilməsi barədə qərar qəbul olunub, onların törətdiyi əməllərə hüquqi qiymətin verilməsi üçün toplanılan materiallar hüquq-mühafizə orqanlarına göndərilib".
Bəli, hərbi qayda-qanunlara əməl etmək hər bir hərbçinin vəzifə borcudur... Hətta Zakir Həsənovun bu açıqlaması barədə məlumatları Ermənistan KİV-ləri sevinclə yazırlar...
A.Məmmədli