Daha bir erməni təxribatı! Düşmən sakitləşmək istəmir.
Deyəsən noyabrın 16-da baş verənlər yadından çıxıb, ya da təkrar yadına salınmalıdır... Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!
A.Məmmədli