Ermənistanın hərbi cinayətləri davam edir...

Belə ki, Daşaltıda ezamiyyətdə olan iki azərbaycanlı minaya düşüb. “Sputnik Azərbaycan” xəbər verir ki, hər iki şəxs həlak olub. 

Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar. Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Əlavə məlumat veriləcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN