...Azərbaycan ictimaiyyətinə Peqov adlı yaramaz bloqerin əməlləri yaxşı tanışdır. Ermənilərin maliyyələşdirib Qarabağa göndərdiyi bu yaramazın iç üzünü indi ermənilər özləri açırlar. "Təzadlar" "Sputnik Armeniya"ya istinadla bildirir ki, “2020-ci ilin iyulunda, 2021-ci ilin oktyabr-noyabr aylarında bu yaramazın canlı yayımları, daha doğrusu düşmənin dəqiq atəşi ilə nə qədər erməni oğlanı həlak olub”, deyən Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan öz “Facebook” səhifəsində yazır: "...Moldovalılar bəzi ermənilərdən daha ağıllı və vətənpərvərdirlər. Bu casus dərhal tapılıb, həbs olunub və deportasiya edilib. 2020-ci ilin iyulunda, 2021-ci ilin oktyabr-noyabr aylarında bu yaramazın “canlı yayımları”ndan, daha doğrusu, düşmənin dəqiq atəşindən neçə erməni oğlanı öldürülüb... Mən bu barədə neçə dəfə yazıb xəbərdarlıq etmişəm? Amma b adama Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin xüsusi icazəsi olub”, - deyə partiya sədri əsəbi halda bildirib.
Qeyd edək ki, Zəfər müharibəsi zamanı cəbhədən təxribat xarakterli saxta məlumatlar yayan, “WarGonzo”nun jurnalisti Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Rusiya Dövlət Dumasının deputatı Artem Turov öz teleqram kanalında məlumat verib. Turov qeyd edib ki, Peqovun üzərində axtarış aparılıb. O, Kişinyovdan Moskvaya uçmaq istəyərkən saxlanılıb. A.Turovun sözlərinə görə, Moldova xüsusi xidmət orqanlarının əməkdaşları Peqovun üzərində axtarış aparıb, onun telefonlarına, noutbukuna və digər avadanlıqlarına baxış keçiriblər. Eyni zamanda, onu Ukrayna təhlükəsizlik qüvvələrinə təhvil verəcəklərini bildiriblər. Deputat Peqovun bir saatdan çox saxlanıldığını, daha sonra sərbəst buraxıldığını sözlərinə əlavə edib.
Onu da xatırladaq ki, ötən ilin payızındakı müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda Peqovun harada sülənməsi heç ermənilərin özlərinə də bəlli deyil...
A.Məmmədli