...Dünya müharibəsinin bir addımlığında olduğumuzu dərk etməliyik...
Bu sadə söz deyil. Belə ki, Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb. Bu barədə Bayden NBC telekanalına müsahibəsində deyib. Eyni zamanda, Ağ Evin rəhbəri xəbərdarlıq edib ki, ABŞ vətəndaşlarının təxliyəsi üçün Ukraynaya Amerika qoşunları göndərilməyəcək. Bayden Ukraynaya qoşun göndərməkdən imtina etməsini onunla izah edib ki, əgər amerikalılar və ruslar bir-birinə atəş açsalar, o zaman dünya müharibəsi başlayacaq... Bu isə o deməkdir ki, ABŞ Ukraynaya əsgər göndərərsə, rus əsgərləri onlara atəş aça bilər...
A.Məmmədli