...Ramiz Mehdiyev AMEA prezidentliyindən istefa verəndən sonra hamını kimin prezident olacağı düşündürürdü...
Nəhayət, “Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi qərar qəbul edib ki, fevralın 19-da saat 12.00-da Akademiyanın ali idarəetmə orqanı olan Ümumi Yığıncaq çağırılsın”. Bunu açıqlamasında AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev bildirib. Rasim Əliquliyev deyib ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin AMEA-nın Birinci vitse-prezidenti Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq.
Beləliklə, xeyli müddətdir narazılıq və qalmaqallarla müşaiyət olunan bir vəzifəyə seçkilər reallaşacaq...
A.Məmmədli