Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib...
"Təzadlar" bildirir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Qeyd edək ki, Coşqun Adil oğlu Cəbrayılov bu vəzifəyə təyin olunan qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunub. Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.
Bir müddət idi ki, Bakının Nizami rayon İcra Hakimiyyəti vəzifəsinə təyinat yox idi.
A.Məmmədli