Ukrayna Baş Prokurorluğu və polisi Kremlin təbliğatçısı olan Olqa Skabeeva və Dmitri Kiselyova Ukraynanın ərazi bütövlüyünün pozulmasında şübhəli olduqlarını açıqlayıb.

Bu barədə Ukraynanın Baş Prokuroru İrina Venediktova açıqlama yayıb. Sitat: "Qısaca sizə məlumat verəcəm ki, Dmitri Kiselyov və Olqa Skabeevanın təzə prosessual statusu var - onlar şübhəlilərdir."
Xatırladaq ki, Kremlin əsas təbliğat ruporları Olqa Skabeeva və Dmitri Kiselyov Ukrayna qanunlarına əsasən ömürlük həbslə üzləşə bilər. “Kiberpolis əməkdaşları bu şəxslərin Ukrayna xalqına qarşı hərbi təcavüzün əsaslandırılması, xəbər materiallarında faktların biabırçı şəkildə təhrif edilməsi və mülki şəxslərə qarşı Rusiyanın hərbi cinayətlərinin gizlədilməsi ilə bağlı ifadələrini özündə əks etdirən ümumi müddəti 40 saatdan çox olan videomateriallar aşkar ediblər. Bu materiallarda Ukraynada konstitusiya quruluşunun devrilməsi və hakimiyyətin ələ keçirilməsinə çağırışlar var”, - kiber polisin bəyanatında deyilir. Kiberpolis əməkdaşları bütün açıq məlumat mənbələri üzərində işləmiş və sübut bazası toplamışlar. Araşdırmalar davam edir. Sitat: "Главным рупорам Кремля – Ольге Скабеевой и Дмитрию Киселеву – по украинскому законодательству может грозить пожизненное лишение свободы. Сотрудники киберполиции обнаружили видеоматериалы общей продолжительностью более 40 часов, на которых есть высказывания указанных лиц по поводу оправдания военной агрессии против украинского народа, позорного искажения фактов в новостных материалах и сокрытия военных преступлений РФ в отношении мирных граждан Украины, свержения конституционного строя в Украине и захвата власти", – говорится в сообщении киберполиции. Работники киберполиции проработали все открытые источники информации и собрали доказательную базу. Следственные действия продолжаются".

Həqiqətən də Rusiya TV-lərində qeyd olunanlar aşkar şəkildə yer almaqdadır.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN