Gürcüstanın “Saerto” qəzetində [1] Tina İvelaşvili adlı gürcü müəllifi 1915-ci il saxta “erməni soyqırımı” məsələsini öz məqaləsində ifşa etmişdir.
Gürcü müəllifi öz məqaləsində saxtakar erməni “tarixçiləri” və “siyasətçiləri”nin yalanlarını məharətlə ifşa edir. Belə ki, İvelaşvili rus diplomatı Maevskinin, alman şərqşünası Fayqlın və amerikalı tarixçi Şounun fikirlərinə istinad edərək, ermənilərin Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasının düşmənlərinə qoşulduğunu təsdiq edir.
Qeyd etmək lazımdır ki, erməni separatçılarının fəaliyyətləri XIX əsrin 80-90-cı illərində yaranmış [1] gizli siyasi təşkilatların tərəfindən məqsədyönlü şəkildə dəstəklənmişdir. Bu baxımdan “Daşnaksütyun” partiyası da ermənilərin məkrli niyyətinə xidmət edirdi. Belə ki, “Daşnaksütyun” partiyasının yaradılmasında əsl məqsəd, Osmanlı Türkiyəsinin ərazisində “müstəqil erməni dövləti”ni yaratmaqdan ibarət idi. Ermənilər öz məqsədlərindən ötrü hər vasitəyə əl atırdılar. Onlar öz məqsədlərindən ötrü nəinki qardaş Türkiyənin ərazisində, həmçinin, Gürcüstanda da müsəlmanlara qarşı qəsdən qanlı hadisələr törətmişlər. Misal olaraq, Batum müqaviləsinə nəzər saldıqda bizə məlum olur ki, 1919-cu ilin 4 iyulunda Gürcüstan ordusu Axaltsix şəhərini tərk etmiş, həmin vaxt isə ermənilər, xristian gürcü və müsəlman əhalisinə hücum etmişlər. Erməni “tədqiqatçısı” Suren Ayvazyan, “Rusiya tarixi, erməni izi” [2] adlı əsərində, Sovet İttifaqı zamanı “erməni soyqırımı”ndan bəhs etməyin qadağan olunduğunu özüdə bilmədən etiraf edir ki, bu fakt da öz-özlüyündə erməni saxtakarlığına dair daha bir sübut hesab oluna bilər. Belə bir atalar məsəli var ki, yalan ayaq açar amma yeriməz. Uydurduqları saxta tarixə əsaslanan ermənilərin “erməni soyqırımı” iddiası tamamilə əsassızdır. Saxtakar “tədqiqatçı” Suren Ayvazyan, guya ki azərbaycanlılar tərəfindən “erməni milli azadlıq düşüncəsi”nin boğulduğunu qeyd edir.
S.Ayvazyan, “Rusiya tarixi, erməni izi” [2] adlı əsərində, “Virk”in guya ki, “Böyük Ermənistan”ın əyalətlərindən biri olduğunu, “vrastay” sözünün guya ki “Virk ölkəsi” mənasını verdiyini, “vratsi” sözünün guya ki, “Vrastan və Virk sakini” mənasını verdiyini qeyd edir. S.Ayvazyan yazır: ““Vrastan sakini”, “vratsi” - hər kəs, erməni, gürcü və ya rus da ola bilər”. O yazır: “Məsələ belədir ki, “Virk” və “Vratsi” - “qədim erməni dili”ndə “Böyük Virk” və “Virk ölkəsinin sakini” deməkdir. Ancaq “müasir erməni dili”ndə “Virk-Vrastan” adı altında olan bütün tarixi və linqvistik məlumatlar Gürcüstan kimi, “vratsi” isə gürcülər kimi başa düşülür”.
Saxtakar erməni “tədqiqatçı”sı [2] S.Ayvazyan, “vratsi” sözünün açılışını həm gürcü kimi, həm də rus kimi qələmə verir. Burada isə ciddi bir sual yaranır ki, əgər “vratsi” termini ermənilərə aiddirsə, onda bu termin adı altında hansı məntiqlə gürcülər və ruslar nəzərdə tutula bilər? Buradan da göründüyü kimi erməni “tədqiqatçısı” açıq-aşkar saxtakarlığa yol verir. Belə ki, saxtakar “tədqiqatçı” heç bir tutarlı əsası olmadan “Virk-Vrastan” anlayışını kor-koranə şəkildə Gürcüstan kimi, “vratsi” terminini isə gürcülər kimi qələmə verir. Qeyd etmək lazımdır ki, saxtakarlıqları ilə ad çıxaran ermənilər hər zaman öz əməllərini ört-basdır edir, günahı isə qəsdən azərbaycanlıların və türklərin üstünə atırlar. Bu gün Ermənistanın necə bir təcavüzkar bir dövlət olduğu hər kəsə birmənalı şəkildə aydındır. Ermənistan qəsdən Azərbaycanın əzəli torpaqlarında basdırdığı minaların xəritəsini vermir ki, bunun nəticəsində də günü-gündən öz peşə fəaliyyətlərini yerinə yetirən günahsız insanlarımız həlak olur. Belə ki, AzTV-nin teleoperatoru Sirac Abışovun və “Azərtac” informasiya agentliyinin müxbiri Məhərrəm İbrahimovun Kəlbəcərdə [3] minaya düşərək həlak olması nəinki xalqımıza, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir.
Ermənilərin öz peşə fəaliyyətini yerinə yetirən jurnalistlərimizə qarşı törətdiyi cinayət, dünya jurnalistlərinin diqqətindən də yayınmamışdır. Belə ki, Gürcüstan Jurnalistlər Birliyi [4] tərəfindən BMT-yə, Avropa Şurasına, “Amnesty International” və “Human rights watch” kimi beynəlxalq təşkilatlara bəyanat ünvanlanmışdır. Həmin bəyanatda, peşə vəzifəsini yerinə yetirən AzTV-nin əməkdaşı Sirac Abışovun və “Azərtac” informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində minaya düşərək həlak olduğu təəssüf hissi ilə qeyd olunur. Həmin bəyanat, Gürcüstan televiziyasının sədri, Gürcüstanın əməkdar jurnalisti Tengiz Tixlavanın, “İmedi” televiziyasının şöbə müdiri, Gürcüstanın əməkdar jurnalisti Beka Onianinin, AzTV-nin Gürcüstan təmsilçisi, Gürcüstanın əməkdar jurnalisti Şahismayıl Məmmədovun və eləcə də digər səlahiyyətli şəxslərin tərəfindən imzalanmışdır. Göründüyü kimi, Ermənistan bu gün 44 günlük müharibə zamanı şanlı Azərbaycan Ordusu tərəfindən Şuşanın geri alınmasını, daha sonra isə möhtərəm Prezidentimiz İlham Əliyevlə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın arasında Şuşada 2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa bəyannaməsini [5] həzm edə bilmir və ona görə də qisas almaq məqsədilə minalanmış ərazilərin xəritələrini vermək istəmirlər.
Ədəbiyyat siyahısı:
1. Грузинская газета разоблачила т.н. «геноцид армян» /30.04.2015/
- Айвазян С.М. История России. Армянский след. - М.: Крон-Пресс, 1997. 480 с.
3. AzTV-nin və “Azərtac”ın əməkdaşları Kəlbəcərdə minaya düşüblər, 2 nəfər həlak olub /04.06.2021/
- Gürcüstanlı juranalistlərdən azərbaycanlı həmkərlarının ölümü ilə bağlı jest /09.06.2021/
- Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb /15.06.2021/