booked.net booked.net  

“Ukraynada baş verənlər faciədir, lakin Rusiyaya başqa cür hərəkət etmək seçimini qoymadılar”.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra brifinqdə belə deyib. Ukraynada döyüşən rusiyalı hərbçilərə minnətdarlığını bildirən dövlət başçısı onların Rusiyanı müdafiə etdiyini də vurğulayıb.

***

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib, ardınca Ukraynanın Donbas bölgəsində, sonra Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib, fərman imzalayıb. 2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub. Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin demək olar hamısı Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

*** 

Sual yaranır: Putini kimlər seçim və hansı çıxılmaz vəziyyətdə qoymuşdular ki, o, belə bir addıma imza atıb? Bəlkə Rusiya ərazisinə Ukraynadan hücum var idi???  Bunların heç biri yox idi...

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN