Yaxud, ixtisarlar aparılırsa, bəs onda işçi sayyının durmadan artması nə deməkdir?

Bu və ya digər suallarla Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari xanım Qəhrəmanlıya müraciət etdik. M.Qəhrəmanlı bu sahədə uzun illərdir tənqidi fikirlərini bildirsə də, hələki məsələ problem olaraq qalır:

- Bu istiqamətlə çoxsaylı şikayətlər alıram. Apardığımız sonuncu monitorinqə baxın, aparılan ixtisarlarla əlaqədar Proqrama qoşulan 960 nəfərdən 464-ü işlə təmin olunmayıb. İşlə təmin olunmayanlar arasında 1-ci Qarabağ döyüşçüləri də var. Cəmi 1675 ştat vahidi (Azneft İB üzrə 1018, KQİT üzrə 504 və GGİ üzrə 153 ştat vahidi) ləğv edilmişdir.

Bundan başqa, cəmi 960 nəfər (Azneft İB üzrə 564 nəfər, KQİT üzrə 328 nəfər və GGİ üzrə 68 nəfər) işçi proqrama qoşulub.

Həmçinin cəmi 496 nəfər (Azneft İB üzrə 377 nəfər, KQİT üzrə 88 nəfər və GGİ üzrə 31 nəfər) proqrama uyğun işlə təmin olunub.

Eləcə də cəmi 393 nəfər (Azneft İB üzrə 188 nəfər, KQİT üzrə 129 nəfər və GGİ üzrə 76 nəfər) orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinət almaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edib.

Və cəmi 47 nəfər (Azneft İB üzrə 20, KQİT üzrə 26 və GGİ üzrə 1 nəfər) AR ƏM-nin 77-ci maddəsinin 3 və 4-cü bəndlərinə uyğun olaraq işdən azad olunub. 61 nəfər (Azneft İB üzrə 38, KQİT üzrə 21 və GGİ üzrə 2 nəfər) proqrama qoşulmadan birbaşa işlə təmin olunublar. Beləliklə, cəmi 214 nəfər (Azneft İB üzrə 208, KQİT üzrə 0 və GGİ üzrə 6 nəfər) digər səbəblərdən (Başqa işəgötüənlə əmək müqaviləsi bağlanılması, öz xahişi, təqaüd və s.) işdən azad olunublar. Bu məlumatlar rəsmidir və SOCAR-a  yönəltdiyim sorğunun cavabına əsasən verilib. Onu da əlavə edim ki, SOCAR strukturuna daxil olan Təhlükəsizlik idarəsi və Nəqliyyat idarəsində də ixtisarlar aparılıb. Amma qeyd olunan sayda bu idarələrdən ixtisara düşənlər öz əksini tapmayıb. Sual yaranır: SOCAR-ın Optimallaşması Baş ofisə aid deyil ki?! Məsələn, əldə etdiyimiz rəqəmlərə görə, 01.01.2021-ci il tarixə Baş ofis üzrə işçilərin sayı 629 nəfər olub, 01.01.2022-ci il tarixə isə bu rəqəm artaraq Baş ofis üzrə işçilərin sayı 645 nəfərə çatdırılıb. 16 nəfər fərq var. Necə olur ki, istehsalat sahələrində ixtisarlar aparıldığı bir şəraitdə, Baş Ofisdə, özü də son bir il ərzində, 16 ştat vahidi artıb? Mən bunun səbəbini SOCAR və onun strukturuna daxil olan idarə və müəssisələrdə müşavir çoxluğunda görürəm. Ehtimal etdiyim mümkün səbəblər isə bunlardır:

-Şirkət, idarə, müəssisə rəhbərinin və onun müavinlərinin sahə üzrə kifayət qədər peşəkar olmaması. Bu halda müşaviri –«Şparqalka» da adlandırmaq olar;

-Şirkət, idarə, müəssisə rəhbərinin öz müavinlərinin peşəkarlığına, yaxud, ümumiyyətlə, onlara etibar etməməsi;

-Müəyyən səbəblərdən (əsasən yaş həddinə) işdən azad olunan vəzifəli qohum əqrabanın evdə darıxmaması üçün ona yaradılan şərait yaradılması. Bildiyim qədər müşavirlər kabinet, maşın, katibə və yüksək əmək haqqı ilə təmin olunublar. "Peşəkarlıga" görə əlavə vəsait almaqları haqda məlumatım isə yoxdur…

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN