Nəhayət, ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, Ukraynaya böyük yardım paketindən ibarət xeyli miqdarda silah artıq Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Tezadlar.az Pentaqon-un rəsmi saytına istinadla bildirir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisinin açıqlamasına görə, 800 milyon dollarlıq hərbi yardım paketinin böyük hissəsi artıq ukraynalılara çatdırılıb. Pentaqon həmçinin 100 milyon dollarlıq əlavə "Javelin" raket proqramı üzərində işləyir. "Switchblade" pilotsuz uçuş sistemlərinə gəlincə, onlar hazırda Ukraynadadır və Ukrayna Silahlı Qüvvələrində istifadə olunur. Bu PUA-lar partlayıcı maddələr daşımağa, kameralar, videolar və sensorlara sahibdir. Pentaqon rəsmisi qeyd edib ki, Switchblade ilə işləmək üçün ukraynalı qırıcılara cəmi bir və ya iki gün məşq lazımdır.
O da bəllidir ki, Rusiya bu müharibədə uduzan tərəf olmamaq üçün bütün mümkün döyüş vasitələrindən istifadə edir və irimiqyaslı müharibəyə hazırlaşır. Aprelin 12-də isə Putin etiraf edib ki, Ukraynaya qarşı müharibəyə məcbur edilib. Niyə, baiskar kimdir, dilə gətirməyib. Dünya isə Ukraynanın müdafiəsinə qalxıb, bu müharibəni işğalçılıq niyyəti ilə edildiyinin fərqindədir. Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü qəbul edib və dəstəkləyir.
A.Məmmədli