Bu gün Ermənistan parlamentinin 17 deputatı "Qarabağın müstəqilliyi uğrunda mübarizəyə dəstək" adlı tədbir təşkil etmək üçün Qarabağa üz tutmuşdu... Bu təxribatçıları Qarabağdan iti qovan kimi qovublar. Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıb, onları Laçının girişində saxlayıblar. Erməni deputatlara Xocalı soyqırımını həyata keçirən Seyran Ohanyan başçılıq edirmiş. Həyasızlığın dərəcəsinə baxın... Hansı ki, bu erməni deputatlar ötən ilin sentyabrında da Xankəndinə səfər etmişdi. Bu, Azərbaycanın ciddi etirazına səbəb olmaqla yanaşı, sülhməramlıların yarıtmaz fəaliyyətini də növbəti dəfə gündəmə gətirmişdi. Heç şübhəsiz, erməni deputatların Qarabağa girişi Bakının tələbi ilə bağlanıb. Bu isə o deməkdir ki, Qarabağın və Şuşanın! XAnkənidinin yolu Bakıdan və Azərbaycanın iradəsindən keçir...
A.Məmmədli