“Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında mütləq şəkildə biz beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq.

Ermənistanın Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə, XX əsrin əvvəllərində, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verilməsi, bu da tarixi faktdır”.  Tezadlar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, ondan iki il əvvəl Azərbaycan Xalq Cumhuriyyətinin İrəvanı Ermənistana bağışlanması da sənədlərlə təsdiq olunan faktdır: “1921-ci ildə növbəti təxribat bizə Sovet hakimiyyəti tərəfindən hazırlanırdı. Şuşanı ermənilər erməniləşdirə bilmədilər”.

Bəli, bu da tarixi faktdır ki, Ermənistan 1992-ci ildə Şuşanı işşğal etdi, amma 28 illik işğalı dövründə daşı daş üstə qoymadı. Çünki ermənilər bilirdi ki, bu şəhər onların deyil, ola da bilməz. Və nə vaxtsa Azərbaycanın bu şəhərə qayıdışı baş tutacaq... İndi Azərbaycan Şuşadadır, Şuşa Azərbaycandır!

A.Məmmədli 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN