booked.net booked.net  

"Bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq".

Tezadlar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. "Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz" - deyə Prezident İlham Əliyev bəyan edib.

Şuşa ziyarəti isə hazırda gəzintiləri davam edir... Xaricdə yaşayan azərbaycanlılar və mötəbər qonaqlar Şuşanın əsrarəngiz gözəlliyini seyr edirlər. Bu bir daha dünyaya çağırışdır ki, Azərbaycansevərlər Azərbaycanın sevimli Qarabağında, Şuşasındadır...

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN