Şirkətin hələki adının gizli saxlanmasını xahiş edən əməkdaşının Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinə göndərdiyi mühüm sənəd və faktlar “Təzadlar”ın araşdırmasında...

 Yazıya giriş üçün: rəsmilərin əksər hallarda  barələrində olan şikayətləri araşdırmaqdan və tədbir görülməsinə çalışmaqdan imtinalarının bir bəhanəsi olur: “Məktub anonimdir!”. Halbuki adi uşağa da bəllidir ki, çalışdığı idarədə rəisin (direktorun) korrupsiya əməllərini aidiyyəti hüquq mühafizə orqanına çatdıran işçi nəinki bircə gün belə orada işləyə bilməz, eləcə də rəhbərlik onun başına elə bir oyun açar ki... Ona görə də təbii olaraq rəhbərliyin korrupsiya əməlinə vicdanının səsi ilə dözümsüzlük nümayiş etdirən şəxsin kimliyini gizli saxlaması təbiidir. O da təbiidir ki, həmin şikayətçi etibar etdiyi media orqanına, yaxud hansısa ictimai və ya dövlət qurumuna məlumat ötürürsə, qanunvericilik də onun adını gizli saxlamağı tələb edir.

Bu dəfə biz də elə etməli olduq. Hətta qısa olaraq diqqətə çatdıraq ki, Medianın İnkişafı Agentliyinin bu günlərdə media orqanlarına göndərdiyi tövsiyyə xarakterli «Təlimat»ında belə bir bənd də var: «Jurnalist: - mənbənin işinə və ya bilavasitə özünə ziyan vura biləcəyi səbəbiylə özü haqda məlumatın verilməsini istəmədiyi halda, mənbə  gizli saxlanılmalıdır;  - gizli mənbə yalnız məhkəmənin tələbi ilə açıqlana bilər» və s.

 Bəs məmurun korrupsiya əməlləri ölkə başçısına necə çatdırılmalıdır?

  Ölkə başçısı İlham Əliyev də dəfələrlə ictimai çıxışlarında çağırış edib ki, məmurların korrupsiya əməlləri barədə mənə məlumat verin! Bəs korrupsiya əməlləri barədə məlumat verən şəxsin dövlət orqanları tərəfindən müdafiəsi necə olmalıdır? Məsələn, DTX son bir neçə il ərzində yeksək çinli məmurların (RİH başçıları, nazir müavinləri və s.) həbsini məhz adı gizli saxlanılan şəxslərin məlumatları əsasında həyata keçirib.

Nəhayət, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-2 maddəsində məhz məlumat verən şəxsin müdafiəsi aydın şərh olunub. Sitat: “Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi

11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

11-2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir”.

Bütün bunlar o deməkdir ki, mənbəənin və jurnalistin, medianın… üstünə getməkdənsə, məmurlar səhvlərini, yəni korrupsiya əməllərini redaktə etməlidirlər!

 

 Bəs SOCAR-ın Nəqliyyat və Təchizat idarələrində baş verən inanılmaz korrupsiya əməlləri barədə yuxarı orqanlara və “Təzadlar” qəzetinə məlumat verən şəxsin müdafiəsi necə olmalıdır???

  Yuxarıda qeyd edilənlərdə məqsədimiz var: “Təzadlar” Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyi ilə məlumatları paylaşma əməkdaşlığına malikdir. Və Birliyin rəhbəri M.Qəhrəmanlı redaksiyamıza göndərdiyi bəzi məlumat və faktların, sənədlərin jurnalist araşdırmasında kömək etməyimizi xahiş edib. Söhbət COCAR-ın iki strateji idarələrində baş verən korrupsiya əməlləri barədə qurumun bir məsul əməkdaşı tərəfindən göndərilmiş məlumat və faktların, sənədlərin araşdırılmasından gedir. Məsələ ondadır ki, adı gizli saxlanılan həmin şəxs bu məlumatları və sənədləri Prezidentə, Prezident Administrasiyasına, SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova, SOCAR-ın faktiki rəhbəri Rövşən Nəcəfə, Baş Prokuror Kamran Əliyevə, SOCAR-ın vitse-Prezidentlərinə və s. yüksək çinli məmurlara göndərib. Amma nəinki tədbir görülməyib, bu sorğulara reaksiya belə verilməyib. Yəqinki verilib, amma necə deyərlər, tüstüsü görünməyib. Sadə dildə desək, ört-basdır edilib. Axı necə ola bilər ki, aşağıda təqdim ediləcək fakt və sənədlərə reaksiya verilməsin?! Bilmirik, bəlkə bu məlumatların müəllifinin anonim olduğunu, yəni adını gizli saxladığını bəhanə ediblər. Amma söhbət sadə bir məlumatdan deyil, sənəd və sübutlardan, ödəniş tapşırıqlarından… gedir. Qarşı tərəf isə mənbəni yox, ilk növbədə faktları araşdırmalıdır. Dövləti və ictimai maraqlara köklənmiş bu korrupsiya faktlarına necə reaksiya verilməyə bilər???

***

 İndi sual olunur: elə bir məmur varmı ki, məlumat verən şəxsin-mənbənin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 11-2-ci maddəsində nəzərdə tutulan tələblərlə müdafiəsinə məsul olsun? Varsa, həmin şəxs-mənbə kimliyini təqdim etməyə hazırdır. Onun M.Qəhrəmanlıya yazdığı məktubunda bunlar ifadə edilir. Amma...

 Bəs SOCAR-ın adı çəkilən idarələrində nə baş verir??? 

Beləliklə, “Təzadlar” təqdim edilən məlumat və faktları araşdırmaqla bərabər, Prezident İlham Əliyevə, Prezident Administrasiyasına, SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarova, SOCAR-ın faktiki rəhbəri Rövşən Nəcəfə, Baş Prokuror Kamran Əliyevə, SOCAR-ın vitse-Prezidentlərinə (bu da onların elektron poçtları: <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, Azərbaycan İnvestisiya Holdinqi <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, M Gahramanli <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>, <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.>) və s. yüksək çinli məmurlara eləcə də adı korrupsiyada hallanan idarə rəislərinin elektron ünvanlarına «Təzadlar»dan “İnformasiya sorğusu” formasında göndərildi. Təbii ki, biz media olaraq həmin faktların doğru olduğunu təsdiqləmək səlahiyyətində deyilik. Bizim media olaraq hüquq və vəzifələrimiz yalnız ondan ibarətdir ki, «Media haqqında» və “İnformasiya əldə etmək haqqında” Qanunların tələblərinə uyğun olaraq həmin sorğuların qanunda nəzərdə tutulan müddətdə cavablandırılmasını əvvəlcə xahiş, sonra isə tələb edək. Çünki bu tələbi bizə qanun özü diqtə edir (məhkəməyə də müraciət etmək hüququmuz var).

 Bu da daxil olan şikayətnamədən parçalar:

Qısa arayış: SOCAR-ın Nəqliyyat İdarəsi Azərbaycan Respublikası Prezidentinin ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında'' 24 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq yaradılmışdır. Nəqliyyat İdarəsinin əsas məqsədi ARDNŞ-nin Baş ofisi və strukturuna daxil olan qurumlar üzrə təşkilati, idarəçilik, təsərrüfat, istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün tələb edilən avtomobil və xüsusi texniki vasitələrinin təmin olunmasından ibarətdir. 

 Bəs bu təminat necədir? Onu da əlavə edək ki, İdarənin rəisi Zülfüqarov Elçin İzzətəli oğludur. İdarə Bakı şəhəri, Neftçilər prospekti 73 ünvanda yerləşir (Əməkdaşlarımız iki gündür idarənin 012-496-51-73 telefonuna zəng edərək rəis E.Zülfüqarovla danışmaq istəyir, amma bu nədənsə mümkünsüz görünür). Məcbur olub sorğunu E.Zülfüqarovun This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtuna da göndərmişik. Hələki cavab yoxdur.

 

Şikayətçi isə dayanmadan yazır: “Hörmətli Mirvari xanım! Salam! Sizə SOCAR-ın Nəqliyyat İdarəsində dövlət vəsaitinin satılması barədə qaimə və ödəniş qəbzini təqdim etmişəm. Xahiş  edirəm, bu məsələlərin inandığınız «Təzadlar» qəzetində və saytında ictimailəşdirilməsinə kömək edəsiniz. O ki qaldı müqavilənin əlavəsinə, SOCAR-da sənədlər elektron qaydada təsdiq edilir. Bunu isə yalnız bank və vergi orqanı görə bilir (Əlavə olunan sənəd onun təsdiqidir). 

 Bu kimi hallar SOCAR-ın təchizat sahəsində Nəqliyyat İdarəsinin rəisinə sərbəstlik  verib. Yəqin bilirsiz ki, Fuad Həziyev SOCAR Təchizat İdarəsinin rəis müavini vəzifəsində çalışır və bu sahədə söz sahibidir. Kimin adamıdır, şirkətdə hamı bilir… O cümlədən nəqliyyat idarəsinin rəisi Elçin Zülfüqarovun da… Baxın, göndərdiyim bu əlavədəki avtoşinlərin satınalınması müqaviləsinin əlavəsidir. Müqavilə qiymətləri bazar qiymətindən 400 -500 faiz şişirdilmişdir. Təkcə bir müqvilə üzrə mənimsəmə bir milyon avro təşkil edir. Baş Ofisin Təchizat İdarəsinini rəis müavini Fuad Həziyevə (Baş ofisin Təchizat İdarəsinin rəisi Mehman Əkbərovdur.RED.) satılmış “Toyota LAND Gruser” markalı avtomobilin qaimə nömrəsi və tarixi tərəfimdən səlahiyyətli şəxslərə təqdim olunub.

 

 «Dövlətə məxsus bu avtomobili Fuad Həziyev necə mənimsəyib? Niyə araşdirilmır?»

  Prezident İlham Əliyev deyir ki, mənə məlumat verin. Biz də məlumat veririk, bu məmurlar isə ört-basdır edirlər. Bu kimi faktlar yüzlərcədir. Fuad Həziyev -Vaqif Mikayılov tandeminin qanunsuz əməlləri bitib tükənmək bilmir. Söz verdiyim kimi faktları təqdim edirəm. Çəkinmirəm. Çünki arxamızda bu korrupsionerlərə qarşı mübarizə aparan Prezident İlham Əliyev dayanıb, ona güvənirik. Məlumat üçün deyim ki, təsəvvür edin, SOCAR-ın Nəqliyyat İdarəsinin (rəis Zülfüqarov Elçin İzzətəli oğludur) balansinda olan “Toyota LAND Gruser” markalı  H008606 nömrəli avtomobil cəmi 4 min 67 AZN məbləğində 16.02.2016-cı il tarixli,  922502 saylı qaimə əsasında SOCAR Təchizat İdarəsinini rəis müavini Fuad Həziyevə satılmışdır. SOCAR-ın hörmətli rəhbəri Rövşən Nəcəfə təqdim etmiş olduğum faktara inamsızlığı aradan qaldırmaq üçün Baş Ofisin rəhbər şəxslərinin Nəqliyyat İdarəsinin saxta (o cümlədən də avtoşinlərin ) satınalma sənədlərinin nəyin qarşılığında onaylamalarını təsdiq edən sənədləri də təqdim etmişəm. Mən bu məsələləri maksimum ictimailəşdirməyə calışacam ki, tərəfdaşlar bilsinlər ki, SOCAR bu məmurların sayəsində korrupsiyaya bulaşmış bir şirkətdir. Sənədləri sizə təqdim edirəm. Baxın bu əlavələr (təqdim edilir) avtoşinlərin satınalınması müqaviləsinin əlavəsidir. Əvvəl dedim, müqavilə qiymətləri bazar qiymətindən 4-5 dəfə şişirdilmişdir. Müqvilə üzrə mənimsənilmə 1 milyon avro təşkil edir. Cənablar, Nəqliyyat İdarəsində niyə rəis Elçin Zülfüqarovun sayəsində avtomobil şinlərinin satınalınması müqaviləsində mənimsənilmə bir milyon avro təşkil edir???"

 “Nəqliyyat İdarəsinin “odda yanmaz, suda batmaz” rəisi Elçin Zülfüqarovun qarşısını kim alacaq?”

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu

Redaksiyadan: təqdim edilən qaimə və digər sənədlərin araşdırılması tərəfimizdən davam edir. Sadəcə, bizi daha çox SOCAR-ın Təchizat və Nəqliyyat idarələrində baş verən bu mənimsəmələr deyil, bu mənimsəmələri sənəd-sübutla təqdim edən şikayətçinin SOS həyəcan siqnalına reaksiya verilməməsi, tədbir görülməməsi dərindən narahat edir. Çalışacayıq ki, aidiyyəti ünvanlar bu dəfə susmasın… Nəhayət, «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» qanunların tələblərinə uyğun olaraq yuxarıda adı çəkilən məsul vəzifəli şəxslərin hər birinə elektron informasiya sorğusu neçə gündür göndərilib. Lakin susurlar. Qanunun tələbinə və «Susmaq razılıq əlamətidir!» məntiqinə əsaslanıb bu araşdırma yazını təqdim etməli olduq. Qarşı tərəfin istənilən əsaslandırılmış cavab haqqını tanıyırıq, dərc etməyə hazırıq.

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN