"Mixeil Saakaşviliyə bütün lazımi tibbi xidmətlər göstərilir, müxtəlif həkimlərlə məsləhətləşmələr aparılır, lakin o bir sıra müayinələrdən imtina edir"

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Penitensiar Xidmətin Mixeil Saakaşvili ilə bağlı yaydığı bəyanatda qeyd olunub. Bəyanata əsasən, Saakaşvili beynin maqnit-rezonans tomoqrafiyasından, nevroloqun təyin etdiyi müalicədən, psixoterapiya kursundan, tövsiyə olunan fiziki fəaliyyətdən selektiv imtina edir:

“Yüksək ictimai marağı nəzərə alaraq izah edirik ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirildiyi gündən 24 saat intensiv nəzarət altındadır, bütün lazımi tibbi xidmətlərlə təmin olunur və birbaşa həkim nəzarətindədir. O, müəssisənin tibbi kartında da öz əksini tapmış müvafiq tibbi müalicə təyin edilib və təmin olunub. Maraqlıdır ki, məhkum bir sıra müayinələrdən, o cümlədən beynin maqnit-rezonans tomoqrafiyasından, nevroloqun təyin etdiyi müalicədən, psixoterapiya kursundan, tövsiyə olunan fiziki fəaliyyətdən imtina edir. Həbs Məcəlləsinə əsasən, hər bir təqsirləndirilən/məhkum kimi, M.Saakaşviliyə də cəzaçəkmə müəssisəsi tərəfindən ayrılmış gəzinti zonasında gündə ən azı 1 saat təmiz havada olmaq imkanı verilir, lakin məhkum bundan imtina edir" Penitensiar Xidmət həmçinin, Saakaşvilinin zəhərlənməsi iddiasına da toxunub və bunun yalan olduğunu bildirib: "M. Saakaşvilinin zəhərləndiyi, habelə mətbuatda məhkumun həyatının təhlükədə olduğu və gələcəkdə onun zəhərlənməsinə cəhdin olacağı barədə yalan xəbərlər yayaraq Xüsusi Penitensiar Xidməti gözdən salmaq cəhdləri olur. Xüsusi Penitensiar Xidmət Saakaşvilinin təhlükəsizliyini və lazımi şəraiti təmin etmək üçün bütün lazımi tədbirləri görür",-deyə bəyanatda qeyd olunub.

24 news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN