Moskva Vaşinqtona Kiyevə silah göndərməsini dayandırması tələbi ilə nota verib.
Tezadlar.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. “Vaşinqtondan Kiyevə 800 milyon dollar, məhz bu məbləğdə silah veriləcək. Bu böyük rəqəmdir və situasiyanın diplomatik həlli yollarına töhfə vermir. Nota vermişikmi? Bəli, biz ABŞ-ın Ukraynanı təpədən-dırnağa silahlandırmasının qəbuledilməz olduğunu vurğuladıq. Biz bu praktikanın dayandırılmasını tələb etdik”, - səfir vurğulayıb.
Rusiya nota verib, öz yerində. Amma Ukraynadakı niyyətindən nədənsə danışmır. Ukrayna işğal edilməkdədir və bunun nəticəsi notalıq deyil, beynəlxalq hərbi cinayətdir...
A.Məmmədli