Aprelin 25-i axşam saatlarında Moskvanın mərkəzində Qələbə Günü paradına hazırlıq çərçivəsində mexanikləşdirilmiş koloniyanın sürücüləri və böyük parad heyətləri texnika cəlb edilmədən təlim keçəcəklər.

Tezadlar.az “İnterfaks”a istinadla bildirir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, saat 21:00-da ekipajlar start məntəqələrinə hərəkəti və müvəqqəti avtonəqliyyat parkına qayıtmaq üçün marşrutların müəyyənləşməsi həyata keçirəcəklər. Hansı ki, 9 may paradında 11 min nəfər, 131 hərbi texnika, o cümlədən 77 təyyarə və helikopter iştirak edəcək. 
Xatırladaq ki, Rusiya rəhbərliyi təkcə öz ərazisində deyil, həm də Ukraynanın işğal olunmuş ərazilərində “qələbə paradları” keçirməyi planlaşdırır.

Amma atalarımızın bir klassik və ibrətamiz məsəli də var: sən saydığını say, gör Zelenski ABŞ və NATO ilə nə sayır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN