Türkiyə Rusiya-Ukrayna savaşının sülhlə başa çatması üçün təşəbbüslərini davam etdirməkdədir...

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu gün BMT Baş katibi Antonio Quttereşi qəbul etdim. Onunla mövcud durumla bağlı fikir mübadiləsi apardıq. Ötən günlərdə ukraynalı həmkarım Volodimir Zelenski ilə danışdım. Sabah da rusiyalı həmkarım Vladimir Putinlə danışacağam. İstanbul müzakirəsi sülh üçün ən mühüm zəmindir”.

İnanmağa dəyər ki, nəhayət, bir müddətdir pozulmuş sülh danışıqları yenidən masa arxasında çözüləcək. Çünki hər ötən gün tərəflərin itkiləri, insanların ölümü, anaların göz yaşı deməkdir. İndiyədək 6 milyon ukraynalı vətənini tərk edib, şəhər və kəndlər darmadağın edilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN