ABŞ Uraynaya yeni ən müasir silahları göndərməyə başlayıb...
Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov danışıb. O, əmindir ki, ABŞ-ın Ukraynaya verəcəyi yeni silahlar müharibədə tərəflərin mövqelərini dəyişəcək. Danilov “Azadlıq” radiosuna müsahibəsində belə deyib. Sitat: "Bu (ABŞ silahları - red.) mütləq tərəflərin mövqelərini dəyişəcək. Biz başa düşməliyik ki, bu, istədiyimiz qədər sürətli olmayacaq. İndi çoxlu sayda hərbçilərimiz bu silahlardan istifadəyə hazırlanır. Bu yeni silahdır, ona öyrəşmək lazımdır, ondan istifadə etməyi bacarmaq lazımdır. Hazırda bu proseslər gedir. Deyə bilərəm ki, bütün bunlar artıq ölü nöqtədən çıxıb. Əgər daha 2-3 həftə hər gün “Bizə ağır silahlar verin” deyirdilərsə, bu gün artıq bu məsələ həllini tapıb. İndi növbəti mərhələdir, hərbçilərimiz bu silahlardan istifadə etmək üçün təlim keçəcəklər. Düşünürəm ki, bu, ölkəmizə böyük kömək olacaq”.
Eyni zamanda, Danilov vurğulayıb ki, Rusiya yaxın günlərdə Ukrayna Silahlı Qüvvələrinin ABŞ, Böyük Britaniya və digər ölkələrdən aldığı silahları hiss edəcək.
A.Məmmədli