Lavrov Zelenskini Hitlerə bənzədib: “Onda da yəhudi qanı var”

Tezadlar.az bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Adolf Hitlerdə yəhudi qanı var və ən qızğın antisemitlər adətən yəhudilərdir. İsrail isə bu cür bəyanatlardan hiddətlənib. Belə ki, Lavrov İtaliyanın “Mediaset” teleşirkətinə müsahibəsində bu barədə danışıb. İsrailin xarici işlər naziri Yair Lapid isə Lavrovun bu yersiz, təhqiramiz bəyanatından qəzəblənərək özünün “Twitter” səhifəsində yazıb. Lavrov deyib: "O, (Prezident Vladimir Zelenski – red.) bir arqument irəli sürür ki, guya onda nasifikasiya var: əgər o, yəhudidirsə, onların hansı nasizmi ola bilər. Mən səhv edə bilərəm, amma Hitlerdə də yəhudi qanı olub. Bu, tamamilə heç nə demək deyil. Və müdrik yəhudi xalqı deyir ki, ən qızğın antisemitlər, bir qayda olaraq, yəhudilərdir: “Ailədə qara qoyunlar var” deyən kimi".

Bu da orijinaldan mətn: "Он (президент Владимир Зеленский – ред.) выдвигает аргумент: какая у них может быть нацификация, если он еврей. Могу ошибиться, но у Гитлера тоже была еврейская кровь. Это абсолютно ничего не значит. Мудрый еврейский народ говорит, что самые ярые антисемиты, как правило, евреи. "В семье не без урода", как у нас говорят". По словам Лаврова, где-то публикуются материалы, которые подтверждают, что "американцы и канадцы сыграли ведущую роль подготовке ультрарадикальных, откровенно неонацистских подразделений в Украине"".
Lavrovun sözlərinə görə, haradasa “amerikalılar və kanadalıların Ukraynada ultra-radikal, aşkar neonasist birləşmələrinin hazırlanmasında aparıcı rol oynadığını” təsdiqləyən materiallar dərc olunur. 

Lavrovun bu çıxışı dünya mediasında kəskin tənqidlə müzakirə edilir. 
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN