ABŞ-ın Ukraynaya ayırdığı 40 milyon dollarlıq yardım paketinə respublikaçı konqresmenlərdən bəziləri etiraz edir.
Tezadlar.az xəbər verir ki, bu barədə Washington Post xəbər yazıb.
Qəzet Ukraynadakı vəziyyətlə bağlı 15 və 16 qanun layihəsinə şəxsən qarşı çıxan konqresmen Mardjori Qrindən sitat gətirir. Siyasətçi bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar “heç nəyə gətirib çıxarmayıb” və amerikalı qanunvericiləri ilk növbədə öz ölkələrinin qayğısına qalmağa çağırıb.
"İcazə verin, sizdən soruşum: Bütün bu sanksiyalara görə Putin Ukraynadakı müharibəsini dayandırdı? Yox, heç azacıq da...", - o, qəzetə bildirib.
Konqresmenin sözlərinə görə, amerikalılar mağaza rəflərində belə bir qıtlıqda uşaqlar üçün olan süni qidaları tapa bilmirlər. Belə bir zamanda, Konqres “başqa bir ölkəyə 40 milyard dollar göndərmək niyyətindədir”.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya dəstək üçün ümumi məbləği təxminən 40 milyard dollar olan böyük yardım paketini təsdiqləyib. Layihə lazımi səs çoxluğunu toplayıb.
Lakin sonradan məlum olub ki, mühafizəkarlardan olan senator Rend Pol Ukraynaya yardımın ayrılması ilə bağlı qanun layihəsini təkbaşına bloklayıb...
Baş verənlərə baxmayaraq, sənədin gələn həftə qəbul ediləcəyi gözlənilir.
Göründüyü kimi, yardım paketi söz-söhbətə səbəb olub və bəzi konqresmenlər açıq şəkildə narazılıqlarını dilə gətirirlər...
JASMİN