Putinin əsəblərini oynadan hadisə baş verdi: Finlandiya və İsveç NATO-nun Brüsseldəki mənzil-qərargahında rəsmi olaraq NATO-ya üzvlük üçün müraciət ediblər.
Tezadlar.az “Avropa həqiqətləri”nə istinadla bildirir ki, Finlandiyanın NATO-dakı səfiri Klaus Korhonen və İsveç səfiri Axel Werngoff ərizələri NATO-nun baş katibi Yens Stoltenberqə təqdim edərək, Finlandiyanın onillik bitərəfliyinə və İsveçin təxminən 200 illik neytrallığına son qoyacaq bir prosesə rəsmən start veriblər. Sitat: "Təhlükəsizliyimiz üçün kritik bir zamanda bu gözəl gündür... Hər bir ölkənin öz yolunu seçmək hüququ var. Seçiminizi diqqətlə demokratik prosesdən sonra etdiniz və mən NATO-ya üzv olmaq qərarınızı alqışlayıram. Siz bizim ən yaxın tərəfdaşlarımızsınız və sizin üzvlük ümumi təhlükəsizliyimizi gücləndirəcək. Bu, tarixi bir məqamdır”, - Yens Stoltenberq bildirib.
Xatırladırıq ki, Şimali Atlantika Alyansındakı 30 müttəfiqin hər biri ölkələrin müraciətləri ilə bağlı razılığa gəlməlidir. Rusiyanın əsəblərini oynadan bu hadisəyə hələki rəsmi Kremlin reaksiyası yoxdur. Lakin Putin iki gün əvvəl hədə dolu formada bildirmişdi ki, bu iki ölkə NATO-ya üzv qəbul edilərsə, Rusiya lazımi tədbirlərini görəcək.
A.Məmmədli