Xəbər verildiyi kimi, srağagün mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin açılışında çıxış edən Rusiya prezidenti Vladimir Putin təşkilatın yaradılmasının yubiley ayının adını çəkərkən tərəddüd edib.

Bəs görəsən niyə? Məlum olub ki, Putin düşünərək “cari ay” deməklə özünü vəziyyətdən çıxarıb. Sitat: “...30 il öncə kollektiv təhlükəsizlik haqqında müqavilə imzalandı, 20 il öncə isə bu müqavilənin əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaradıldı, yəni bizim faktiki olaraq iki yubileyimiz var və demək olar ki, eyni gündə - 14 və 15... aaa ... (nəfəsini dərdi, gülümsədi.RED.) 1992 və 2002-ci illərin cari ayı”. Və Putin bu kazusu əl çalmaq, təbəssüm və “bu hadisə münasibətilə sizi təbrik edirəm” deyərək ört-basdır edib (Turan).

Tezadlar.az Rusiyanın müstəqil KİV-lərinə istinadla bildirir ki, bu vəziyyət tamamilə sağlam insanlarda da özünü göstərir. Lazım olan sözün bir anda unudulması, eyni zamanda çox yaxında, dilin ucunda olması hər birimiz üçün adi şeydir, lakin mütləq yaşa bağlı dəyişikliklər və xəstəliklərlə əlaqəli deyil. Bu hala görə gözlənilən demensiya haqda fikir yürütməyə dəyməz. Lakin faktdır ki, Ukraynada baş verənlərin fonunda Rusiyaya tətbiq edilən gözlənilməz sanksiyalar hər şeyi alt-üst edib...

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN