Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyən və iki ölkənin razılığa gəlməsi istiqamətində səylərini davam etdirdiyini bildirən bəyanat yayıb.
Tezadlar.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib. Brüsseldə keçirilən Aİ-Ermənistan Assosiasiya Şurasının iclasından əvvəl mətbuata açıqlama verən Borrel Ermənistan və Azərbaycan arasında razılaşmanın olacağı təqdirdə Avropa İttifaqının buna dəstək verəcəyini vurğulayıb. Sitat: "Razılaşma əldə edilsə, həqiqətən məmnun olarıq. Əgər bu baş verərsə, Aİ sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək”.
Ermənistanda isə terrorçu Koçaryan-Sarkisyan cütlüyünün süni mitinqləri davam edir. Az sayda ermənilərin hay-küyü isə artıq diqqəti cəlb etmir.
A.Məmmədli