Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq etməyəcək, nə qədər ki, bu iki ölkə  terrorçu qrupları təhvil verməyəcəklər...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament qrupunun iclasında çıxış edən Ərdoğan son qənaətini açıqlayıb. Prezident deyib ki, Türkiyə bəzi müttəfiqlərin düşmənçiliyinə baxmayaraq, həmişə NATO-nun gözləntilərinə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirib. “Bu ölkələrin terrorçuları dəstəkləməsi və bizim təsdiqimizi gözləməsi mübahisəli məsələdir...".

 Xatırladırıq ki, Ərdoğanın bu şərhi bu gün İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün rəsmi müraciətlərini təqdim etdikdən bir neçə saat sonraya təsadüf edib. Prezident aydın şəkildə bəyan edib ki, NATO Ankara üçün həssas məqamlara hörmətlə yanaşırsa, blokun genişlənməsi Türkiyə üçün önəmlidir. "Lakin İsveç Türkiyənin xahişlərinə baxmayaraq, terrorçuları təhvil verməkdən imtina edir, lakin NATO-ya üzvlüklə bağlı müraciət etmək qərarına gəlir. NATO təhlükəsizlik ittifaqıdır və Türkiyə öz təhlükəsizliyini təhlükəyə atmağa razı olmayacaq”.

Finlandiya və İsveçdən isə hələki Ərdoğanın bu bəyanatına reaksiya gəlməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN