Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov bildirib ki, Rusiya prezidenti Vladimir Putin çıxılmaz vəziyyətdədir, çünki o, nə Ukraynaya qarşı müharibəni dayandıra, nə də qalib gələ bilər.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Budanov "The Wall Street Journal"-a müsahibəsində belə deyib. Sitat: "Putin tamamilə çıxılmaz vəziyyətdədir. O, müharibəni dayandıra bilməz və qalib də gələ bilməz. O, obyektiv səbəblərə görə qalib gələ bilməz. Və müharibəni dayandırmaq üçün o, etiraf etməlidir ki, Rusiya heç də onun düşündüyü qədər güclü və böyük deyil".

Rusiyanın Ukraynaya qarşı yersiz müharibəsi və hücumu isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN