Rusiyanın Ukraynaya təcavüzü dünya dövlətlərinin iqtisadi gücünü səfərbər etdi...
Bu gün ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzaladı. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Ağ evin rəsmi saytı yayıb. Məlumatda qeyd edilir ki, ABŞ Prezidenti müvafiq qanun layihəsini bu gün mayın 21-də imzalayıb.
Mayın 19-da ABŞ senatı Ukraynaya 40 milyard dollar hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermişdi. Sənəd senatda səs çoxluğu ilə qəbul edilərək imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi. Bununla da Rusiya ordusu fevralın 24-də hərbi əməliyyata başlayandan ABŞ-ın Ukraynaya yardımı 50 milyard dolları ötüb.
Rusiya isə Ukraynaya nə qalib gəlir, nə də müharibəni dayandırır. Putin yol verdiyi səhvi etiraflamaq fikrində deyil...
A.Məmmədli